Böyük hadisələr qısa zamanda baş verdi...”
“ABŞ -Azərbaycan, Azərbaycan - Ermənistan münasibətləri tarixində heç vaxt olmamış kardinal dəyişikliklər baş verdi. Prezident İlham Əliyevin ötən ilin noyabrında və bu ilin yanvarında Trampa yazdığı 2 məktubda ABŞ- Azərbaycan münasibətlərinin yeni keyfiyyət mərhələsinə çıxacağına böyük inam ifadə edilmişdi. Böyük hadisələr qısa zamanda baş verdi...”
Bunu hafta.az-aAzərbaycan Prezidentinin ABŞ səfəri, Ağ Evin təşəbbüsü ilə Ermənistan baş naziri ilə aparılan danışıqlar, əldə olunacaq nəticələrlə bağlı şərhində siyasi şərhçi Aydın Quliyev bildirib.

Ekspert bildirib ki, görüşlə bağlı gözləntilər hələ ki, rəsmi qaydada təsdiq olunmasa da, Amerika Departamentinin müxtəlif nümayəndələrinin dünən gün ərzində vediyi müxtəlif açıqlamalara əsasən gəlinən nəticədir:
“Trampın şahidliyi ilə Azəbaycan-Ermənistan sülh sazişi paraflanacaq, yəni saziş imzalanmanın son bir addımlığına gətirilib. Əfsanəvi Zəngəzur dəhlizinin açılmasına qərar verilib, dəhlizə " Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu " adı veriləcək. Minsk Qrupunun buraxılması üçün ATƏT-in baş katibinə birgə müraciət və Ermənistan Konstitusiyasının dəyişdirilməsi üçün referendum barədə razılaşma əldə edilib. Düz 33 ildən sonra Tramp Azərbaycana qarşı çevrilmiş 907- ci düzəlişi ləğv etdi. ABŞ- Azərbaycan Strateji tərəfdaşlığının inkişaf etdirilməsi üçün əsasən 3 istiqamətdə iş aparacaq Birgə Strateji İşçi Qrup yaradılacaq. SOKAR və ABŞ- ın Ekson Mobil şirkəti saziş imzalamaqla neft və qazın hələ uzun on illər boyu dünyanın əsas enerji mənbəyi kimi qalacağını təmin edir”.
A.Quliyev bildirib ki, ABŞ prezidenti Tramp SSRİ dağılandan sonra ilk ABŞ prezidenti olaraq açıq təsdiq etdi ki, Rusiya ilə geosiyasi rəqabətdə Azərbaycan regionda əsas dayaq nöqtəsidir:
“İlham Əliyevin Vaşinqtona bu dəfəki səfərində əldə olunacaq razılaşmaların demək olar ki, hamısı Azərbaycanın təşəbbüslərindən və yaratdığı yeni reallıqların qəbul edilməsindən ibarətdir. Cənubi Qafqazda və buradan keçən regional bağlantılarda Rusiyanın şəriksiz hegemonluq iddialarına son qoyulur...”.